`Avropa miqrantların qarşısında divarlar çəkir` - Şeyx


16:12     18 Fevral 2017 seyx%2055.jpg

”Torpaqlarımızın işğalı nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünümüz oldu. Azərbaycan qaçqın və məcburi köçkünlərlə bağlı problemləri demək olar ki, özü həll etdi. Amma bu gün Avropa miqrantlar qarşısında divarlar çəkir”.


Femida.az-ın məlumatına görə, bunu Beynəlxalq Multikulturalizm Qış Məktəbinin 16 ölkədən olan müdavimləri ilə görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib. O bildirib ki, miqrantlara belə münasibət demokratik deyil: “Azərbaycanının bu sahədə fəaliyyəti bu gün dünya, Avropa üçün nümunə ola bilər. Nə zamana qədər miqrantların qarşısında divar çəkəcəklər?!”


Femida.az

Açar sözlər:

Oxunub: 1343